Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıdakı reyddə 850 minlik maşın 50 manat cərimələndi

27

Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təmiz hava aylığı" ilə əlaqədar birlikdə keçirildiyi reyddə bazar dəyəri 850 min manat olan avtomobil saxlanılıb. 10-SY-100 dövlət qeydiyyat nişanlı "Ferrari" markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.

Məlumata görə, "Ferrari"nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında "OO" hərfləri olan nəqliyyat vasitələrini idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına "Ferrari", "Lamborghini" və "Porsche" kimi lüks maşınlar daxildir.

Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkiliş kamerasında gizlənmək üçün avtomobillə ərazidən uzaqlaşıb.

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın