Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan, İran, Rusiya və Qazaxıstan HDQ-ləri strateji əməkdaşlıq sazişi imzaladılar

85

Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyi təmin etmək və əməkdaşlığı gücləndirmək məqsədilə strateji saziş imzalayıblar.

Oxu.Az bu barədə IRNA-ya istinadla xəbər verir ki, sənədin imzalanması Sankt-Peterburqda (Rusiya) keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində baş tutub.

Sazişdə vurğulanır ki, heç bir xarici dövlət və ya regiondan kənar qüvvə Xəzər dənizinin daxili məsələlərinə müdaxilə etmək hüququna malik olmayacaq.

Həmçinin, sənəddə xüsusi olaraq bildirilib ki, Xəzər dənizinin təhlükəsizliyi yalnız beş sahilyanı dövlət - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən təmin edilməlidir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın