Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1700 AZN-dək

115

İşğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması ilə yanaşı, həmin bölgələrdə müxtəlif sahələr üzrə iş imkanları da genişlənir. Vətəndaşlar arasında Qarabağ və Şərqi Zəngəzurda elan olunan vakansiyalar böyük maraq doğurur.

BAKU.WS-in məlumatına görə, hazırda bir sıra rayon və qəsəbələrdə müxtəlif ixtisas və peşələr üzrə işçi tələbatı mövcuddur.

Təklif olunan vəzifələr üzrə əmək haqları vakansiyanın mahiyyətinə uyğun olaraq dəyişir və 670 AZN-dən başlayaraq 1700 AZN-ə qədər arta bilir.

Müraciət etmək istəyən şəxslər qarabagdais@sosial.gov.az elektron ünvanına CV göndərməlidirlər. Göndəriş zamanı e-poçtun "mövzu" hissəsində müraciət edilən vakansiyanın adı qeyd olunmalıdır.

Əgər hazırda CV-niz yoxdursa, www.cvyarat.az platformasına daxil olaraq tamamilə ödənişsiz şəkildə özünüzə CV yarada bilərsiniz.

Aşağıda isə hazırda aktiv olan vakansiyalardan bir neçəsi təqdim olunur:

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın