Bakıda kimya sənayesində istehsalın həcmi açıqlanıb
298

Ötən il Bakıda kimya sənayesi sahəsində 451,8 milyon manatlıq məhsul istehsal edilib.
Trend bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 65 milyon manat və ya 16,8% çoxdur. Belə ki, 2023-cü ildə Bakıda kimya sənayesi sahəsində istehsalın həcmi 386,8 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2109,1 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 6,5 faiz artıb.