Hafiz Paşayev Azərbaycanın müasir diplomatiyasında, təhsilində və akademik fikrində və elmində
Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxucu və
izləyicilərə “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Sayman Aruzun
“Azərbaycanın müasir diplomatik və akademik düşüncə tarixində professor Hafiz Paşayev” məqaləsini təqdim edirir.
Müəllif qeyd edir ki, Azərbaycanın müasir diplomatik və akademik düşüncə tarixində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev
xüsusi çəkisi olan simalardan biridir. Siyasi və ictimai baxımdan Hafiz Paşayev müasir Azərbaycan elitasının formalaşmasında körpü rolunu
oynayan nadir fiqurlardandır. O, sadəcə bir dövrün deyil, bütöv bir milli ideyanın daşıyıcısı kimi çıxış edir.
Pedaqoq, alim Hafiz Paşayevin misilsiz fəaliyyətləri və əvəzsiz xidmətləri bir daha sübut edir ki, fərdi talelər bəzən bütöv bir xalqın
tarixində simvolik məna daşıya bilir. O, elmi, diplomatiyanı, təhsili və mədəniyyəti bir araya gətirərək Azərbaycan dövlətçiliyinin intellektual
sütunlarından birinə çevrilmişdir. Onun həyat yolu yalnız bir bioqrafiya deyil, həm də müasir Azərbaycanın formalaşma tarixinin canlı bir xronikasıdır.
Məqalənin yerləşdirildiyi keçid:
https://drive.google.com/file/d/11aXE8GR6KIhv4svkewl9otLcqalM2g5E/view


