Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Regionlarda turizm sənayesi nümayəndələri üçün keçirilən təlimlər başa çatıb

86

Regionlarda turizm sənayesi nümayəndələrinin rəqəmsal bacarıqlarının artırılması və aqroturizm subyektlərinin inkişaf etdirilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən keçirilən təlimlər başa çatıb.

Təlimlər mədəniyyət və yaradıcı sənaye nümayəndələri, qonaq evi sahibləri, aqroturizm subyektləri və digər istiqamətlərdən olan şəxsləri əhatə edib. Gəncə, Şəki, İsmayıllı, Mingəçevir, Quba və Lənkəran rayonlarında keçirilən təlimlərə 9 bölgədən 226 iştirakçı qatılıb.
Proses 6 modul əhatə etməklə təcrübəli mentorlar tərəfindən interaktiv və yenilikçi metodlarla icra edilib. 

İştirakçılar bazar mövqeyinin gücləndirilməsi, rəqəmsal platformalarda peşəkar fəaliyyət, turist məmnunluğunun artırılması məqsədilə ünsiyyət bacarıqlarının inkişafı, aqroturizmlə məşğul olan və bu sahəyə marağı olan şəxslər üçün biznesin təşkil edilməsi standartları kimi mövzularla bağlı bilgiləri mənimsəyiblər.

Maarifləndirmə proqramı Dövlət Turizm Agentliyi tərəfindən əvvəlki dövrlərdə aparılmış araşdırmalar və ehtiyac qiymətləndirməsi əsasında hazırlanan hesabatlar əsasında icra olunub. 
Prosesin növbəti dövrlərdə ənənəvi və xüsusi vizual materialların dərci olunması ilə davam etdirilməsi nəzərdə tutulur.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın