Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.
Trend xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfində fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər yola saldılar.