Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Zelim Kotsoyev: “Çempion olmağın vaxtı idi” -VİDEO

488

"Dünya çempionatına tam köklənmişdim. Əvvəlki 2 mundialda 2 bürünc qazanmışdım".

Bunu İdman.bizin BƏƏ ezam olunan əməkdaşına cüdo üzrə dünya çempionu Zelim Kotsoyev (100 kq) deyib.

Azərbaycan yığmasının üzvü Abu-Dabidə keçirilən dünya çempionatındakı qələbəsini şərh edib: "Finala çıxdıqdan sonra qələbədən başqa variant olmadığını düşündüm. Artıq 2 dəfə mükafatçı olmuşdum, çempion olmağın vaxtı idi. Çox çalışdım, səbirlə döyüşdüm və istəyimə çatdım. İndi qarşıda bizi Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Yaxşı hazırlaşıb, orada da məqsədə çatmaq arazusundayam".

Zelim ona dəstək verənlərə təşəkkür edib: "Döyüşə çıxarkən azarkeşlərin dəstəyini hiss etdim. Burada bizim böyük komandamız var. Hətta döyüşə çıxarkən bu dəstək mənə əlavə güc verdi. Hamıya təşəkkür edirəm. Onlara qələbə sevinci bəxş etdiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Kotsoyev mundialda yığmamıza ikinci qızıl medalı qazandırıb. O, Daşkənd-2022 və Doha-2023 dünya çempionatlarında bürüncə sahib çıxıb.

Zəki Feyzullayev
İdman.biz

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın