Bu gün Azərbaycan muzeylərində açıq qapı günüdür
124

18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi açıq qapı günü elan edib.
Oxu.Az-ın məlumatına görə, bu münasibətlə nazirliyin tabeliyində olan muzey və tarixi-mədəni qoruqlara ziyarətçilərin ödənişsiz qaydada girişi təmin olunacaq.
Qeyd edək ki, bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya mədəni irsinin qorunması və mühafizəsi məsələlərinə diqqəti cəlb etməkdir.