Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Allahşükür Paşazadə: "Azərbaycanda dinlərarası ədavət yoxdur"

45

"Azərbaycanda dinlər və mənsəblər arasında hər hansı münaqişə yoxdur. Dünyanın bəzi yerlərində isə müsəlmanlar arasında iğtişaşlar baş verir".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda islamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edilib:

"Orada qeyd edildi ki, Azərbaycandan bu sahədə nümunə götürülməlidir. Yazılı bəyannamə qəbul edildi. Bu yaxınlarda biz o bəyannaməni çap edəcəyik. Gələn il Azərbaycanda Müsəlman Ağsaqqallar Şurasının konfransı keçiriləcək".

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın