Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan-UNESCO: Turizm sahəsində əməkdaşlığın inkişafı

193

Oktyabrın 26-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun Baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüş zamanı DTA ilə UNESCO arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib. Turizm əhəmiyyətli mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irs obyektlərinin qorunması və dayanıqlı idarə olunması, İpək Yolları Proqramı çərçivəsində birgə təşəbbüslər, dayanıqlı turizmin inkişafı, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi çərçivəsində əməkdaşlıq və qastronomiya turizminin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə mədəni irs obyektlərinin qorunmasının, tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın