Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb

Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı dörd ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunmuş konkret faktlar üzrə AQTA tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülür.
Bundan əlavə, Yeni Zelandiya, Çin, Özbəkistan və Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar sağlamlaşdırıcı tədbirlərin görülməsi məqsədilə həmin ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları göndərilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: