Azərbaycan nümayəndə heyəti MAQATE Baş Konfransının növbəti sessiyasında iştirak edib.
Bakı, 21 sentyabr, AZƏRTAC
Avstriyanın Vyana şəhərində 181 üzv dövlətdən 3000-dən çox nümayəndənin bir araya gəldiyi MAQATE Baş Konfransının 70-ci növbəti sessiyası keçirilib.
Tədbirdə Azərbaycanı fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.


Yusif Nəbiyev çıxışında Azərbaycan ilə MAQATE arasında əməkdaşlığın genişləndirilməsindən, miqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin olunması üzrə texniki missiya çərçivəsində əməkdaşlıqdan, hüquqi, normativ və texniki infrastrukturun inkişafı istiqamətində səylərdən, eləcə də nüvə və izotop texnologiyalarının səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsində tətbiqindən danışıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti MAQATE departamentlərinin nümayəndələri və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər də keçirib.


