Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan məktəbliləri Beynəlxalq Kimya Olimpiadasında 3 medal qazanıblar

51

Azərbaycan məktəbliləri Özbəkistanın Daşkənd şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO) bir gümüş və iki bürünc medal qazanıblar.

Təhsil İnstitundan AZƏRTAC-a bildirilib ki, iyulun 10-dan 19-dək təşkil olunan olimpiadada 90-dan çox ölkədən 350-dən artıq şagird iştirak edib.

Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yaqub Baratlı gümüş medala layiq görülüb.

Bürünc medalları isə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Elman Kərimli və Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Qurban Piriyev qazanıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın