Braziliyada Azerbaycan Milli Musiqi Gunu tentene ile qeyd edildi
Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edildi
Sentyabrın 19-da Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası
Tədbirin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz konsertin Azərbaycanda hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu, həmin tarixin dahi bəstəkar, Azərbaycan klassik musiqisi və bəstəkarlıq məktəbinin banisi, bütün Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edildiyini bildirdi. Tədbirdə Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətininçoxsaylı
Paytaxt Braziliada keçirilən bu konsertdən əvvəl, sentyabrın 14-də Para ştatının paytaxtı Belem şəhərində də musiqiçilərimiz ölkənin tanınmış konsert zalı olan Teatro Da Paz teatrının səhnəsində çıxış etdilər. Qeyd edək ki, 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Belem şəhərində artıq ikinci ildir ki Azərbaycan musiqisi konserti təşkil olunur. Bundan əvvəl, 2023-cü ilin oktyabrında istedadlı gənc dirijor Abuzər Manafzadə və solistlər Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) digər maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Brazilia və Belem şəhərlərində keçirilən konsertlər tamaşaçılartərəfind
Azərbaycan və Braziliya arasında inkişaf edən mədəni mübadilə çərçivəsində həmçinin ölkəmizdə braziliyalı dirijorların çıxışlarınəzərdə tutulub. Belə ki, hal-hazırda davam edən XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Teatro Da Paz Simfonik Orkestrinin baş dirijoru Migel Kampos Netonun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xorunun konserti keçiriləcəkdir. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Brazilianın Klaudiu Santoro Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Klaudiu Koenin iştirakı ilə daha bir konsert proqramının təşkili nəzərdə tutulub.