Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından 6,16 milyard dollar gəlir əldə olunub

297

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötən il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 740,7 milyon dollar və ya 10,7 faiz azalıb.

AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən bu il yanvarın 1-inə 6 milyard 158,5 milyon dollar gəlir əldə olunub.

2023-cü ilin müvafiq dövründə AÇG yatağından 6 milyard 899,2 milyon dollar gəlir əldə edilmişdi.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın