Cio Kristofoli: Azərbaycan investisiya üçün əlverişli mühit yaradıb
40
Azərbaycan investisiya üçün çox əlverişli mühit yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və yüksəkvəzifəli məmurlar, SOCAR nümayəndələri və tərəfdaşlarımız, ümumiyyətlə səlahiyyətli qurumlar biznesin inkişafı üçün bütün zəruri addımları atır. Bu isə ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə təkan verir. Buradakı biznesimiz bizim üçün həm maliyyə, həm də bütün digər aspektlərdə son dərəcə vacibdir”, - deyə o bildirib.


