Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Daha 7 Meksika diplomatı və onların ailə üzvləri Azərbaycan ərazisinə keçib - İrandan təxliyə

45

 “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının və əcnəbi vətəndaşların təxliyəsi prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar. Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın