Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Baş katib: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar hər il artır VİDEO

99

Ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası (TBNM BA) Brüsseldə, Londonda, Sinqapurda və digər ölkələrdə keçirilən 16 beynəlxalq tədbirdə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri TBNM BA-nın baş katibi Heydər Abdikərimov deyib.

O bildirib ki, bu tədbirlərdə yaradılan əlaqələrin və müxtəlif şirkətlərlə aparılan danışıqların nəticəsində TBNM ilə yükdaşımaların həcmində artım müşahidə edilib.

“Ötən il bu marşrutla ümumilikdə 3 milyon 300 mindən çox yük daşınıb. 2024-cü ildə sözügedən marşrutla tranzit yükdaşımaları isə 224 ton artıb. Görülən işlər nəticəsində TBNM ilə 390 konteynerlik yük qatarı Şərqdən Qərbə yük daşıyıb ki, bunlardan da 290 qatar Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya yola salınıb”, - deyə Heydər Abdikərimov vurğulayıb.

Baş katib nəzərə çatdırıb ki, Avropa və Asiyada fəaliyyət göstərən bir sıra iri şirkətlər TBNM marşrutundan istifadə etməkdə qərarlıdırlar: “Bu baxımdan üzv dövlət qurumları və şirkətlər infrastruktur layihələrini diqqətdə saxlamalıdırlar”.

Baş katib nəzərə çatdırıb ki, Avropa və Asiyada fəaliyyət göstərən bir sıra iri şirkətlər TBNM marşrutundan istifadə etməkdə qərarlıdırlar: “Bu baxımdan üzv dövlət qurumları və şirkətlər infrastruktur layihələrini diqqətdə saxlamalıdırlar”.

 
Baş katib: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar hər il artır VİDEO

 

 
 
 
 
 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın