Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın humanitar təşəbbüsü: Suriyada iftar tədbirləri və yardım aksiyası

45

Azərbaycanın Suriyadakı Səfirliyinin təşəbbüsü, Dəməşqətrafı əyalətinin Şərqi Quta bölgəsinin əl-Oteybə qəsəbəsinin Yerli Şurasının təşkilatçılığı və Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə “Qardaş Azərbaycan və Suriya xalqları mərhəmət ayında birlikdə” şüarı altında iftar tədbirləri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, martın 5-də oruc tutan 500 nəfər üçün həmin qəsəbədəki məktəbin həyətində iftar süfrələri təşkil edilib.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Azərbaycanın Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verdiyini bildirib.

Xalq Məclisinin üzvü Nizar əş-Şəyib kollektiv iftar süfrələrinə və ərzaq yardımına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, humanitar aksiyaların yerli əhali tərəfindən xüsusi rəğbətlə qarşılandığını qeyd edib.

Qeyd edək ki, martın 7-də isə 500 ədəd ərzaq bağlaması hər iki valideynini itirən uşaqlara, eləcədə yoxsul və kasıb ailələrə paylanılıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın