Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi

46

"Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlərdən biri üçillik bakalvar təhsillinə keçib. Avropada bu sistem çoxdan tətbiq edilsə də ABŞ universitetlərində yalnız 4 illik ali tədris forması idi. İndi verilən qərarı isə bazarın tələblərinin dəyişməsi, çeviklik, yeni ixtisasların yaradılması, təhsilin əlçatan olması ilə əlaqələndirirlər".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin 2026-cı il payız sessiyasının ilk iclasında deputat Fariz İsmayılzadə deyib.

Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi

O, daha sonra təkliflə çıxış edib:

"Düşünürəm ki, biz də ali təhsil haqqında qanuna yenidən baxa, yeni standartlar gətirə bilərik ki, həm universitetlər beynəlxalq standartlara uyğunlaşsın, həm də çeviklik olsun. Bu mövzuda ictimai dinləmə də keçirə bilərik".

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın