Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

52

UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da rəqibləri müəyyənləşib.

Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Bakı təmsilçisi əsas mərhələdə İspaniyanın “Barselona” (ev), Almaniyanın “Borussiya Dortmund” (ev), İspaniyanın “Vilyarreal” (səfər), İtaliyanın “Napoli” (ev), Çexiyanın “Slaviya Praqa” (ev), Norveçin “Vikinq” (səfər), İngiltərənin “Arsenal” və “Mançester Yunayted” (hər ikisi səfər) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, liqa mərhələsinə sentyabrın 8-də start veriləcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın