Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Beynəlxalq Cüdo Federasiyası Olimpiya çempionu Hidayət Heydərovu və baş məşqçi Riçard Trautmanı mükafatlandırıb

183

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu”, milli komandanın baş məşqçisi Riçard Trautman isə "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, H.Heydərov çıxışı zamanı bu mükafata layiq görüldüyü üçün xoşbəxt olduğunu bildirib: "Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

R.Trautman isə belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz komanda ilə çalışmağın böyük şərəf olduğunu qeyd edib: "Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm. Sadəcə mən yox, hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın