Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın xarici işlər naziri Macarıstana işgüzar səfərə gedib

75

Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində dekabrın 11-də Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

Həmçinin Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın