Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Möminə xatun türbəsinin bərpasına başlanıldı

34

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nazirlik ilə "Atelier Erich Pummer GmbH" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, bu gün şirkətin işçi qrupu Naxçıvana gəlib. Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın