AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat reallaşıb
276

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.
Trend xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.