Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

SOCAR prezidenti "ITOCHU" Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb

101

Noyabrın 25-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "ITOCHU" Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycanla Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla xatırlanıb.

Qeyd edək ki, söhbət zamanı SOCAR ilə "ITOCHU" Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb, həmçinin enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın