Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türkiyə Prezidenti İran ətrafındakı böhranı diplomatik yolla həll etməyə çağırıb

49

Türkiyə İranın tamamilə məhv edilməsinə yönəlmiş addımları təqdir etmir və eyni dərəcədə Tehranın region ölkələrinə münasibətini də düzgün hesab etmir. Vicdanı olan hər kəs bu gün sülhə can atmalı və İran ətrafındakı böhranın diplomatik həlli yolunun axtarışına diqqət yetirməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançes ilə telefon danışığı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, “qanunsuzluq görməzdən gəlindiyi” müddətdə regionda davamlı sülh mümkün deyil.

Rusiya-Ukrayna müharibəsinə gəldikdə isə o qeyd edib ki, Ankara beynəlxalq ictimaiyyətin dialoqun bərpasına və qan tökülməsinə son qoyulmasına yönəlmiş sülh səylərinə daha ciddi yanaşmasını vacib hesab edir.

Ankara ilə Madridin bütün sahələrdə, xüsusən də müdafiə sahəsində həmrəyliyindən məmnunluq ifadə edilib ki, bu da ikitərəfli münasibətlərin daha da inkişafı üçün stimul rolunu oynayır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın