Ərdoğan: "S-400" məsələsi bağlanıb"
59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemini müzakirə etmədiyinı bildirib.
Oxu.Az bu barədə TRT telekanalına istinadla xəbər verir.
"Trampla görüşümüz zamanı "S-400"ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb. Biz "F-35" məsələsini müzakirə etdik", - deyə Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlin suallarını cavablandırarkən söyləyib.
O xatırladıb ki, Türkiyə "F-35" layihəsi çərçivəsində təxminən 1.3-1.4 milyard dollar ödəniş edib:
"Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoşniyyətli olduğunu gördük.
Türkiyə lideri əlavə edib ki, Ankara "Eurofighter" qırıcılarının alınması mövzusunda işi davam etdirir.