Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan-Küveyt Birgə Komissiyanın 4-cü iclası Bakıda keçiriləcək

290

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 4-cü iclası 2027-ci ildə Bakıda keçiriləcək.

Trend XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar Birgə Komissiyanın Küveytdə keçirilən 3-cü iclasının yekunları üzrə qəbul edilib.

Bundan əlavə, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025–2027-ci illər üzrə müddəti əhatə edir.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın