Azərbaycanda notbuk istehsalı 15,6 dəfə artıb
2025-ci ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının ümumi istehsal dəyəri 253.4 milyon manat təşkil edib. Kompüter, elektron və optik məhsulların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 98.4 faiz artıb. Elektrik avadanlıqlarının istehsalı isə 11.6 faiz azalıb.
Oxu.Az rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, hesabat dövründə notbuk istehsalı 15.6 dəfə artaraq 25 min 463 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı 2.7 dəfə çoxalaraq 2 min 847 ədəd olub. Ölçmə cihazlarının istehsalı 394.5 min ədəd təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz yüksək olub.
Həmçinin elektrik naqillərinin istehsalı 15.7 faiz artaraq 10 383 tona çatıb. Məişət soyuducu və dondurucuların istehsalı 15.5 faiz artım göstərərək 836 ədəd olub.
Elektrik tənzimləyici cihazların istehsalı 20 faiz azalaraq 3 min 386 ədəd təşkil edib. Güc transformatorlarının istehsalı 71.1 faiz azalaraq 239 ədəd olub.


