Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı

56

Martın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (direktor-baş dirijor Mustafa Aşurov) rəqs qrupu (baletmeyster Ceyhun Qubadov), həmçinin müxtəlif türk respublikalarının unikal musiqi irsini təmsil edən tanınmış solistlər çıxış ediblər.

Proqramda türk xalqlarının milli kimliyini əks etdirən alovlu rəqslər, duyğulu mahnılar və ortaq Türk dünyasının sarsılmaz birliyini nümayiş etdirən folklor nümunələri səsləndirilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın