Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Gənclər sabahımızdır” adlı görüş keçirildi

437

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, Yasamal
rayon Heydər Əliyev Mərkəzi və “Gəncliyə Yardım Fondu” QHT-nin birgə
təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral
Azərbaycan Gəncləri Günü ilə əlaqədar ilk dəfə seçkilərdə iştirak edən
gənclərlə görüş keçirildi.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban

vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru,
Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları
salamladı və 18 yaşına yeni qədəm qoymuş, növbədənkənar Azərbaycan
Respublikası Prezidentinin seçkilərində ilk dəfə iştirak edən tələbə və
gəncləri salamladı və onları Gənclər Günü münasibəti ilə təbrik etdi. O
qeyd etdi ki, bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olub.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan gənclərimiz heç vaxt
unudulmur, onlar ölümləri ilə ölümsüzlüyə qovuşdular, ən yüksək zirvəyə –
şəhidlik zirvəsinə ucaldılar. Onlar bizim gənc, mərd oğullarımızdır, hər biri
qəhrəmandır, düşmənlə döyüşə Dövlət himnimizi, “Qarabağ şikəstəsi”ni
oxuyaraq gediblər və biz onları daima yaşatmalıyıq. Şəhidlərimizin adı
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb, Azərbaycanın elə bir şəhər və
rayonu yoxdur ki, orada Şəhidlər Xiyabanı olmasın. Ən böyük Şəhidlər
Xiyabanı isə paytaxt Bakımızdadır.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan gənclərinə bu
sözləri demişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən
artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Ölkəmizin gələcəyi gənclərimizin əlindədir”. Ümummili Liderimizin siyasi
kursunun davamçısı Prezident İlham Əliyev çıxışlarında Azərbaycan
gənclərinin fəallığından, vətənpərvərliyindən fəxrlə danışır, istənilən sahədə
çalışan gənclərimizin Vətənə, xalqa vicdanla xidmət etmələrini tövsiyə edir.

Daha sonra o, ölkəmizdə 7 fevral tarixində keçiriləcək növbədənkənar
Azərbaycan Respublikası Prezidentinin seçkilərindən danışaraq qeyd etdi
ki, ölkəmizin bütün gəncləri seçkidə fəal olmalıdırlar, ən layiqli namizədə
səs verməlidirlər, Zəfərimizlə fəxr etməlidirlər. L.Məmmədova Azərbaycan
Respublikasının Seçki Məcəlləsindən gənclərə məlumat verdi, səsvermə
qaydalarını onlara izah etdi və qürurla qeyd etdi ki, 7 fevralda azad
Qarabağımızda seçkilər keçiriləcək. O, görüş iştirakçılarına məlumat verdi
ki, ilk dəfə seçkilərdə iştirak edən MKS-in fəal oxucuları seçkilərlə bağlı
“Bakinski raboçi” qəzetinə müsahibə veriblər.

2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə
Hüseynova gənclərə müraciət edərək dedi ki, gənclik tükənməz bir
qüvvədir. Gənclik illəri elmə, savada, biliyə sərf olunmalıdır. Sizlər bizim
Koroğlularımız, Həcərlərimizsiniz. Hamınıza savadlı, elmli, vətənpərvər
olmağı tövsiyə edirəm.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Arifə Mustafayeva “Prezident qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi”
mövzusunda məruzə etdi. O məruzəsində bildirdi ki, təməli Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla həyata
keçirilir. Bu siyasətin davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda
yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik
gənc nəslin formalaşmasında mühüm işlər görmüşdür. O, biz gənclər də öz
növbəsində dövlət qayğısını daim hiss edərək bizə göstərilən etimadı
doğrultmağa çalışırıq sözləri ilə çıxışına yekun vurdu.

“Gəncliyə Yardım Fondu” Qeyri-hökumət təşkilatının aparıcı
məsləhətçisi Şahalı Cəlilov görüş iştirakçılarını salamladı və dedi: “Gənclik
yaşla deyil, ruhəndir. Bizim çalışdığımız sahə gənclərlə bağlıdır. “Gəncliyə
Yardım Fondu” olaraq biz 4-5 ili əhatə edən proqram hazırlayırıq və
gənclərə təhsil aldıqları ixtisas üzrə ixtisaslarını yaxşı mənimsəmələrini,
müasir dünyanın tələblərinə uyğun biliklərə yiyələnmələrini tövsiyə edirik.
Bir mütəfəkkirin sözlərini xatırlatmaq yerinə düşər: “Bir ölkəni tanımaq

istəyirsənsə, birinci onun gənclərini tanı”. Biz gənclərin vətənpərvərlik və
milli ruhda yetişməsinə əhəmiyyət veririk. Əziz gənclərimiz, bayramınızı
təbrik edirəm!”

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin I kurs tələbəsi
Sənubər Qurbanova çıxış edərək dedi ki, mən universitetin bir çox
tədbirlərində yaxından, sevə-sevə iştirak edirəm, ölkəmi çox sevirəm və
ona bağlıyam. Tarixi oxuyanlar bilirlər ki, dövlətimizi ayağa qaldıran məhz
Heydər Əliyev olmuşdur. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin
heç bir dövlət başçısı belə qiymət verməyib. Heydər Əliyev siyasi kursunun
davamçısı İlham Əliyev ölkəmizin gənclərinə böyük etimad göstərir. Bu çox
qürurvericidir. Mən 18 yaşına yenicə qədəm qoymuşam. İlk dəfə səsvermə
hüququmdan istifadə edərək, fevralın 7-də ölkəmizdə keçirilən
növbədənkənar Prezident seçkilərində iştirak edəcəyəm, torpaqlarımızı
bizə qaytaran cənab Prezidentimizə səs verəcəyəm.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs
tələbəsi Nərgiz Orucova çıxışında bildirdi ki, 18 yaşı tamam olmuş bir
azərbaycanlı gənc olaraq 7 fevral tarixində keçiriləcək seçkilərdə öz
səsvermə hüququmdan istifadə edib səs verəcəyəm. Mənim seçimim
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun apardığı siyasət,
eyni zamanda “Dəmir yumruq” siyasəti ilə 30 il ərzində düşmən tapdağı
altında olan Qarabağ torpaqlarımız azad edilmişdir və 2023-cü ildə
ölkəmizin ərazi butövlüyü tam bərpa olunmuşdur. O, şəhid ailələrinə diqqət
və qayğı göstərir, gənclərə də böyük etimad göstərir, ölkəmizi firavan
yaşadaraq, sülhü təmin edir. N.Orucova çıxışını bu şüarlarla bitirdi: “Cənab
Prezident İlham Əliyevlə irəli! Yaşasın cənab Ali Baş Komandanımız!”
“Meqa Kids” Uşaq İnkişaf Mərkəzinin baş psixoloqu Aygün Kərimova
çıxışında gənclərə ruhi və psixoloji sağlamlığlarının qorumasının,
mənəviyyatlarının zənginləşdirməsinin əhəmiyyətindən danışdı, gənclərin
cəmiyyətdə düzgün mövqe tutmağı vurğuladı. O, gəclərlə eksklyuziv test

apararaq onlara: “1) Mən kiməm?, 2) Özümü necə görmək istəyirəm?”
suallarını verdi.
“Gəncliyə Yardım Fondu”nun nəzdində fəaliyyət göstərən
kitabxananın könüllüsü, İqtisad Universitetinin (UNEC-in) II kurs tələbəsi
Xəyyam Cəbrayılov və digər gənclər sorğuda iştirak etdilər.
11-ci sinif şagirdi Səid Pircanov təhsil aldığı Yasamal rayon 158
nömrəli tam orta məktəbin şagirdləri adından çıxış edərək Azərbaycan
Gəncləri Günü münasibəti ilə gəncləri təbrik etdi. O qeyd etdi ki,
məqsədimiz Azərbaycan gənci daima mütərəqqi addımların atmasından
ibarətdir, gənclərimiz dünya gənclərinin tərəqqipərvar hərəkatının
hərəkətverici qüvvələrindən biri olmalıdır. Mən də bir beynəlmiləl və
vətənpərvər Azərbaycan gənci kimi, gələn ildən etibarən ictimai-siyasi
həyatda daha da çevik olacağam. Buradakı gənclərimizi faydalı işlər
görməyə çağırıram. Mən də bunula əlaqədar addım atdım, hamınızı
“Demokratik məktəb”də birləşməyə çağırıram, mütərəqqi dünya ictimaiyyəti
ilə birləşməyə və mütərəqqi bəşəriyyətin irəliləməsinə təkan verməyə
çağırıram. Yaşasın azad Azərbaycan! Yaşasın azad Azərbaycan gəncləri!
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi,
sinif nümayəndəsi Mehriban İbrahimli çıxışında bildirdi ki, onun 18 yaşı
yenicə tamam olub, növbədənkənar Prezident seçkilərində ilk dəfə
səsvermə hüququna malik olan bir gənc kimi xalqına Qələbəni yaşadan,
Vətən həsrətinə son qoyan, Azərbaycan tarixində yeni səhifə açan, xalqını
“Dəmir yumruq” kimi ətrafına birləşdirən Prezident İlham Əliyevə səs
verəcək və bunu tələbə yoldaşlarına, doğmalarına da tövsiyə etdiyini dedi.
Naxçıvan Dövlət Unuversitetinin Hüquq fakültəsinin I kurs tələbəsi
Cəmil Xudayarlı Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir
iştirakçılarını təbrik etdi və seçkidə fəal iştirak edəcəyini bildirdi.
Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə
Qafarova, Abonement bölməsinin müdiri Lalə Səlimova, 3 nömrəli
kitabxana filialının müdiri Arzu Xudayarova çıxışlarında qeyd etdilər ki,

Vətənimizin gələcəyi, onun daha da inkişaf etməsi gənclərimizin əlindədir.
Onlar aldıqları savad və təhsillə keçmişimizi öyrənib, gələcəyimizi qurmalı
və Vətənə layiqli övladlar olmalıdırlar.
Tədbirin bədii hissəsində “Qızıl qələm” mükafatı laureatı, vətənpərvər
şair Nazlı Yazar gənclərə ürək sözlərini dedi və “Şəhidlər”, “Gənclərimiz”,
“Bütöv Azərbaycan” şeirlərini, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
vətənpərvər şair Leyla Mətin “Azərbaycan” şeirini söylədilər. AMK
tərkibində İncəsənət Gimnaziyasının 7a sinif şagirdi, 13-cü Beynəlxalq
muğam müsabiqəsinin qalibi, “Heydər Əliyev İli” ilə bağlı “Bülbül” Uşaq
musiqi festivalının Yusif Sadıxov “Azərbaycan” mahnısını, gimnaziyanın
şagirdi, VIII “Muğam” müsabiqəsinin diplomatı, Beynəlxalq muğam
müsabiqəsinin qalibi, “Qran-Pri” mükafatçısı Ədilə Əliyeva “Azərbaycan”
mahnısını və “Xudayar təsnifi”ni, 239 nömrəli tam orta məktəbin şağırdi
Kərim Cəlilov “Bayatı-Şiraz”ı ifa etdilər.
Tədbir iştirakçıları Ulu Öndərə böyük ehtiram hissi ilə onun Yasamal
rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın