Rusiya Venesueladakı diplomatlarının ailələrini təxliyə etməyə başlayıb
57
Rusiya Xarici İşlər Nazirliyi Venesueladakı səfirlikdə çalışan diplomatların ailələrini təxliyə etməyə başlayıb.
Oxu.Az bildirir ki, bu barədə Avropa kəşfiyyatının nümayəndəsi AP agentliyinə məlumat verib.
Qeyd edilir ki, təxliyə prosesi ötən cümə günü başlayıb və qadınlarla uşaqları ehtiva edir.
Məlumata görə, dekabrın 22-si Rusiyanın Karakasdakı səfirliyinin binası qarşısında diplomatik qeydiyyat nişanlı 10-dan çox avtomobil dayanıb. Günortadan sonra avtomobillər kompleksi tərk ediblər.
Xatırladaq ki, təxliyə ABŞ-nin Venesuelaya hərbi müdaxilə edə biləcəyinə dair yayılan məlumatlar fonunda baş verir.


