Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub

303

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə ötən ilin yanvar-dekabr ayları ərzində 31 min 677 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 12 min 788-i ünvanlı dövlət sosial yardımı, 7 min 725-i pensiya təyinatı, 6 min 965-i sosial müavinət və təqaüd, 320-si sosial sığorta və fərdi uçot, 3 min 879-u isə digər istiqamətlər üzrə olub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın