ABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə dünya çempionları da olub
90
Vaşinqton yaxınlığında qəzaya uğrayan “American Airlines” sərnişin təyyarəsində Rusiyanın fiqurlu konkisürmə məktəbinin nümayəndələri də olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Onların arasında fiqurlu konkisürmə üzrə dünya çempionları Yevgeniya Şişkova və Maksim Naumov da olub.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində 19 nəfərin meyiti aşkar olunub.