Prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Bakı. Trend:
Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Trend Secki-2024.az -a xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, 19 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edən 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
* **
Bakı. Trend:
Prezident seçkilərini izləmək üçün 23 xarici media qurumu müraciət edib.
Trend Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, indiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya, Rusiya və bir sıra ölkələrdən 23 media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib.
M.Pənahov vurğulayıb ki, növbədənkənar prezident seçkilərinə xarici KİV-lərin marağı yüksək səviyyədədir.