Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Veteranlar Aktauda baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

252

Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan və Aktauda (Qazaxıstan) qəzaya uğrayan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib:

“Respublika veteranları adından təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

İnanırıq ki, xalqımızın birliyi bizə və həlak olanların ailələrinə tariximizin bütün çətin dövrlərində kömək etdiyi kimi, bu faciədən də ləyaqətlə çıxmağa kömək edəcəkdir.

Ağır təyyarə qəzası ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Ümid edirik ki, həyatımızda belə kədərli günlər az olsun.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın