B Загатала завершился тренинг по проекту «Повышение навыков молодежи страны в популяризации памятников истории и культуры Азербайджана»
Zaqatalada 8-10 aprel 2022 il tarixlərində "Ölkə gənclərinin Azərbaycanın tarix və mədəniyyət abidələrinin təbliği istiqamətində Bələdçilik bacarıqlarının artırılması" layihəsi üzrə təlim keçirilmişdir. Təlimdə iştirak etmək üçün 60-a yaxın gənc müraciət etmişdir. Təlimə Lənkəran, Qax, Qəbələ, Masallı, Oğuz, Yevlax və Zaqatala rayonlarından 23 gənc qatılmışlar. Təlimçilər turizm sahəsində praktiki və nəzəri təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilmişdir. Təlimlər 2 gün auditoriyada və 1 gün Zaqatala tarix-mədəniyyət qoruğunda praktiki formada keçirilmişdir.
Təlimdə “Kənd yaşıl turizminin inkişafına dəstək” ictimai birliyinin sədri və layihə rəhbəri Qəhrəman Yusupov tərəfindən layhəni maliyyələşdirən donor təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haqqında, Agentliyin həyata keçirdiyi fəaliyyəti barədə məlumat vermişdir. Q.Yusupov həyata keçirilən layihənin məzmunu və məqsədi barədə təlim iştirakçılarına açıqlama vermiş, ekskursiyaların ərazinin tarixi, mədəniyyəti, tanınmış adamlarının tanınmasında əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qəhrəman müəllim ekskursiya işinin yerinə yetirilməsində savadlı bələdçilərin böyük rol oynadıqlarını vurğulamışdır.
2 gün ərzində təlimçi, turizm üzrə təcrübəli mütəxəssis Pərvanə İsmayılova ekskursiyanın aparılması qaydaları, yeni ekskursiya proqramlarının hazırlanması, ekskursiya rəhbərinin işi barədə təqdimat formasında təlim keçmişdir. Layihə əməkdaşı, beynəlxalq təcrübəyə malik Samir Axundov energizer oyunları ilə təlimin keçirilməsinə xüsusi təravət gətirmişdir.
Təlimin 3-cü günü praktiki förmada keçirilmişdir. Zaqatala şəhərinin mərkəzi hissəsində ekskursiyanı təlim iştirakçısı Səbuhi Bayramov keçirmişdir. Təlim iştirakçıları yerli “Zaqatala” qəzetinin redaksiyasında olmuşlar. Qəzetin baş redaktoru İbrahim Mehdiyev qəzetin tarixi, əhatə etdiyi mövzular barədə məlumat vermişdir. Baş redaktor müavini Elmira Mehdiyeva özünün müəllif olduğu və qəzetin həyata keçirdiyi layihələr barədə açıqlamalar vermişdir, layihələr əsnasında çap olunmuş kitabları təlim iştirakçılarına paylamışdır.
Zaqatala tarix-mədəniyyət qoruğunda təlim iştirakçılarına ekskursiyanı təlimçi Pərvanə İsmayılova, qoruğun direktoru Anar Laçınov və Səbuhi Bayramov keçirmişlər. Qoruqda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
* * *
B Загатала завершился тренинг по проекту «Повышение навыков молодежи страны в популяризации памятников истории и культуры Азербайджана». В тренинге приняли участие сотрудники туристических компаний из Лянкяранского, Гахского, Габалинского, Масаллинского, Огузского, Евлахского и Загатальского районов. На тренинги были приглашены 25 молодых людей, желающих повысить навыки по проведению экскурсий. Лекции читали преподаватели с практическим и теоретическим опытом работы в сфере туризма.
Проект финансировался Государственным Агентством по поддержке неправительственных организаций. Общественная организация Поддержка развития сельского, зеленого туризма в течение 8 лет проводит работу по развитию туризма в районах страны. Председателем этой организации является преподаватель Университета «Азербайджан» Гахраман Юсупов. Где на кафедре « Финансы и экономика» с 2019 года читается курс лекций по специальности « Организация туристической отрасли».
Г. Юсупов читает курс лекций «Агентство путешествий и туроператорство», « Государственная политика туризма», «Маркетинг туризма», «Отельный менеджмент», «Разработка туристского продукта» и др.
Он ознакомил слушателей о работе спонсора, о целях проведения тренингов, раскрыл сущность проведения экскурсий и роль экскурсоводов в деле расширения информации об истории, культуре, этнографии регионов страны. В тренинге приняли участие также опытные работники туризма – преподаватель Закатальского филиала Экономического Университета Перване Исмаилова, а также педагог Самир Ахундов.
Третий день тренинга прошел в Загатальском историко-культурном заповеднике.