Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Çinin "Sinxua" agentliyi ipəkçilik sahəsində Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı xüsusi reportaj hazırlayıb

109

Çinin “Sinxua” informasiya agentliyi ipəkçilik sahəsində Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı xüsusi reportaj hazırlayıb.

Trend xəbər verir ki, reportaj Azərbaycanın Qax şəhərində hazırlanıb.

Reportajın başlanğıcında səhər dumanı fonunda baş mühəndis Nemət Süleymanlı baramaçılıq stansiyasındakı cavan tut ağacı plantasiyasına baxış keçirir.

“Bu üç hektar ərazidə 2019-cu ildə əkilmiş 30 min Çin tingi bitir. Baxın, artıq demək olar çiynimə çatıblar,” – deyə o bildirir. – “Altı il ərzində 4,5 milyon ting idxal etmişik. Bu, əsl dirçəlişdir.”

Materialda qeyd olunur ki, Azərbaycan vaxtilə SSRİ-də barama istehsalına görə ikinci yerdə dayanırdı – illik 20 min tona qədər barama istehsal olunurdu. Yerli ipək Yaponiya, İsveçrə və İtaliya kimi ölkələrə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra baramaçılıq yox olmaq təhlükəsi ilə üz-üzə qaldı.

“1986-cı ildə 6000 ton barama istehsal etmişdik, 2015-ci ildə isə cəmi 236 kiloqram,” – Qax seleksiya stansiyasına 40 il rəhbərlik etmiş Əkrəm Fətəliyev xatırlayır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın