Voleybol üzrə Azərbaycan çempionu Türkiyədə turnirə qatılacaq
37
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Türkiyədə turnirə qatılacaq.
Bu barədə AZƏRTAC-a klubun meneceri Onat Kurt məlumat verib.
O, sentyabr ayının ikinci yarısında qardaş ölkədə 4 komandadan ibarət turnirdə mübarizə aparacaqlarını bildirib: “Əvvəlcə hazırlığa avqustun 10-da İsmayıllıda başlayacağıq. Sentyabr ayının 15-dən sonra Türkiyəyə yola düşəcəyik. Turnirdə “Ziraat Bankkart” kimi güclü komanda da mübarizə aparacaq”.
Qeyd edək ki, "Xilasedici" Çempionlar Liqasında mübarizəyə Portuqaliyanın "Sportinq" komandasına qarşı oyunla başlayacaq. İlk görüşlər noyabrın 2-5-də, cavab matçları isə 10-12-də təşkil olunacaq.


