Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türkiyənin kurort zonasında 6 bal gücündə zəlzələ olub

107

Ötən gecə Türkiyədə, Aralıq dənizi sahillərində 6 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saat 02:51-də, Muğlanın Mediran bölgəsinin Datça mahalı sahillərində qeydə alınıb. Yeraltı təkanlar Muğlanın Datça rayonundan 155 kilometr aralıda, 20.41 kilometr dərinlikdə olub. 

Muğla valisi İdris Akbıyık sosial media hesabından verdiyi açıqlamada heç bir neqativ halın baş vermədiyini bildirib. Akbıyık açıqlamasında, "Zəlzələ ilə bağlı taramalarımız davam edir. İndiyə qədər heç bir mənfi vəziyyət bildirilməyib" deyib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın