Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Avropa Liqası: "Qarabağ" İslandiya klubunu darmadağın edib – YENİLƏNİB 3

65

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

21:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyunda ikinci hissə davam edir.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Ağdam klubu 2:0 hesabı ilə qalib gəlir.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

21:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün fasiləsinə 2:0 hesablı üstünlüklə yollanıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

20:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın