Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

49

2026-cı ilin yanvar-aprel aylarında qızıl istehsalı 19,5 faiz azalaraq 826 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz artaraq 84,1 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 4,9 faiz azalaraq 1304,8 kiloqram təşkil edib.

Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 491,3 kiloqram qeydə alınıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın