Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın və Litvanın məşhur bəstəkarlarının yubileylərinə həsr olunmuş konsert təşkil edilib

58

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 və Litva bəstəkarı Mikaloyus Konstantinas Çiurlionisin 150 illik yubileylərinə həsr olunmuş konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli iki ölkə arasındakı diplomatik münasibətlər, mədəni əlaqələr və dahi bəstəkarların yaradıcılığı haqqında çıxış ediblər.

Daha sonra dirijor Vilmantas Kaliünasın (Litva) rəhbərliyi ilə

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Əsmər Kərimli (violonçel) dinləyicilər qarşısında çıxış edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın