Biləsuvarda ölkənin ən böyük günəş elektrik stansiyası inşa olunur
249

Biləsuvar rayonunda Azərbaycanın ən böyük günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılıb.
Oxu.Az xəbər verir ki, layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksəkixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvar rayonundan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb.
GES ölkədə bərpaolunan enerji istehsalının artırılmasına, enerji balansında təmiz enerji payının yüksəldilməsinə və yaşıl enerji siyasətinin inkişafına mühüm töhfə verəcək.