Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Peşə təhsili müəssisələrində sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək

53

Azərbaycanda peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi və tərəfdaş qurumlardır.

Sənədə əsasən, yeni sənayeyönümlü peşə təhsili ixtisasları müəyyən ediləcək və onların tədrisi təşkil olunacaq.

Tədbirlər Planında, həmçinin sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın