Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

40

Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinə dünyanın 112 ölkəsindən idmançıların müraciəti daxil olub.

“Kabar” agentliyinə istinadla xəbər verir ki, iştirakçı ölkələr arasında Avstraliya, Azərbaycan, Ermənistan, Argentina, Banqladeş, Bəhreyn, Gürcüstan, Hindistan, İndoneziya, İran, İspaniya, Qazaxıstan, Monqolustan, Polşa, Rusiya, ABŞ, Özbəkistan və digər dövlətlər var.

Oyunlarda 3 minə yaxın idmançının iştirakı gözlənilir.

Məlumata görə, idmançıların anketləri VI Dünya Köçəri Oyunlarının idman proqramının keçirilməsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, Oyunların rəsmi internet saytında yerləşdirilmiş elektron akkreditasiya sistemi vasitəsilə daxil olub. Bundan əvvəl Təşkilat Komitəsi 100 ölkəyə Oyunlarda iştirak üçün rəsmi dəvət göndərib.

VI Dünya Köçəri Oyunlarının Əsasnaməsinə əsasən, idman proqramına 42 idman növü daxil edilib. Sənəd qırğız, rus və ingilis dillərində hazırlanıb.

Avqustun 31-də idman nümayəndə heyətləri VI Dünya Köçəri Oyunlarının təntənəli açılışı çərçivəsində ölkələrin paradında iştirak edəcəklər. Komandalar milli geyimdə çıxış etməlidirlər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın