Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BANM-də bayram festivalı: milli və dini dəyərlərin vəhdəti

62

Bakı Ali Neft Məktəbində (BANM) Novruz festivalı keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov bayram münasibətilə tələbə və əməkdaşları təbrik edib, onlara yeni uğurlar və firavan günlər arzulayıb. Bu il Novruz və Ramazan bayramının eyni günə təsadüf etdiyini vurğulayan rektor hər iki bayramın Azərbaycanda böyük coşqu ilə keçirildiyini, bunun cəmiyyətimizdə milli və dini dəyərlərin vəhdətinə nümunə olduğunu deyib.

Daha sonra əməkdaşların və tələbələrin hazırladığı bayram guşələri ilə tanışlıq olub, festival iştirakçıları müxtəlif şirniyyatların dadına baxıblar.

Festivalda bayram tonqalı yandırılıb. Tələbələr tonqal ətrafında yallı gedib, müxtəlif rəqs nümunələri ifa edib, yumurta döyüşdürüblər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın