Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

"Haber Global" İlham Əliyevin Özbəkistan səfərinin ikinci günündən bəhs etdi - VİDEO

29

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə birlikdə Buxarada bir sıra "Haber Global" Azərbaycan Prezidentinin Özbəkistana səfərinin ikinci günü ilə bağlı xüsusi videomaterial hazırlayıb.

Süjetdə Buxara şəhərində İlham Əliyevin qarşılanma mərasimindən videogörüntülər təqdim olunub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Buxaranın tarixi məkanlarından olan İsmayıl Samani türbəsini və şəhərin simvollarından biri sayılan Kalyan minarəsini ziyarət etdikləri qeyd olunub.

Həmçinin vurğulanıb ki, Azərbaycan və Özbəkistan prezidentləri, eləcə də birinci xanımlar Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar.

Daha ətraflı videomateriald :https://youtu.be/vRyyMNIhyrs?si=FwoaynJrBQXx6tTm

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın